“Old street, eco-art” – gənclərin yaradılıcıq sərgisi

Naxçıvan şəhərindəki Naxçıvan şəhərindəki “Əcəmi Seyrangahı” Mədəniyyət və İstirahət Kompleksində “Yaşıl dünya naminə həmrəylik ili” və muxtar respublikanın 100 illik yubileyi münasibətilə “Old street, eco-art” adlı sərgi təşkil olunub. Sərgidə Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə və Heydər Əliyev Uşaq-Yaradıcılıq Mərkəzinin şagirglərinə mənsub əsasən 60-dan çox rəsm və əl işi nümayiş olunub. Sərgi şəhərimizin qonağı olan xarici turistlərin də diqqətini çəkib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva, Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev, NMİ incəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva çıxış edərək sərginin mahiyyəti haqqında fikirlərini bölüşüb, ekosistemin qorunması, təbiətin mühafizəsi, muxtar respublikanın turizm imkanlarının təbliği ilə bağlı gənclərə öz tövsiyyələrini veriblər. Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və NMİ tərəfindən birgə təşkil olunan sərgi həmçinin yaradıcı gənclərin fəaliyyətini stimallaşdırmaq məqsədinə xidmət edib.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti